Kənd Təsərrüfatı Nazirliyində aparılan islahatlar, o cümlədən fermerlərin texnika alışı üçün «Aqrolizinq»in inhisarçılığının aradan qaldırmasından sonra, iş adamları güzəştli texnikanı artıq istədikləri satıcıdan ala bilirlər.
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Eləcə də bax: Rusiyadan Azərbaycana ət məhsullarının idxalına məhdudiyyət
Hazırda texnika satışı ilə məşğul olan şirkətlərdən texnikaların siyahısı və qiymət təklifləri toplanılır. Bundan başqa, «Aqrolizinq»in indiyədək idxal etdiyi və hələlik anbarlarda olan texnikalar da mövcuddur və fermerlər güzəştli şərtlərlə onları da ala bilərlər.
Ümumilikdə isə, son dəyişikliklərdən sonra fermerlər kənd təsərrüfatı texnikasını istənilən şirkətdən ala bilərlər.
Yeri gəlmişkən, belə «azadlığın» bir tərəfi də var – bəziləri nazirlikdən daha çox vəsait əldə etmək üçün əslində ucuz olan texnikanı müxtəlif yollarla baha qiymətə təqdim etməyə cəhd edə bilərlər. Amma nazirlikdə bildirirlər ki, belə halların qarşısını almaq üçün texnikanın gömrük dəyəri və real bazar qiyəti araşdırılacaq.
Artıq texnikanın yeni qaydalarla satışına başlanıb.