ABŞ-ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyalar müvəqqəti olaraq 8 ölkəyə şamil edilməyəcək.
ELƏCƏ DƏ BAX: ABŞ-dan Azərbaycan üçün – İSTİSNA QƏRARI
FED.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.
M. Pompeo deyib ki, bu istiqamətdə danışıqlar davam edir. Onun sözlərinə görə, həmin ölkələrə güzəşt İrandan neft idxalını xeyli azaltdıqlarına və bir çox başqa məsələlərdə əməkdaşlıq etdiklərinə, həmçinin Tehranın neft gəlirlərini sıfıra endirmək üçün əhəmiyyətli addımlar atdıqlarına görə tətbiq edilib. Dövlət katibi qeyd edib ki, hətta İrana qarşı enerji sanksiyaları bərpa edilmədən də bu ölkənin gündəlik neft ixracatının xeyli azalmasına nail olublar.
ABŞ hələ sanksiyaların qüvvəyə minməsindən əvvəl İranın xam neft ixracatının 1 milyon barel azalmasını gözləyir.
ABŞ İran sanksiyalarını şamil etməyəcəyi ölkələrin sayını – AÇIQLADI
19:59
2 Noy 2018