FED.az 2018-ci il üzrə əldə etdiyi mənfəətindən səhmdarlarına ödədiyi dividendə görə sığorta şirkətlərini təqdim edir:
Qeyd edək ki, ötən ilin son göstəricilərinə əsasən 16 sığorta şirkəti mənfəət, 4 sığorta şirkəti zərər açıqlayıb. Bu sığorta şirkətləri arasında bir çoxu səhmdarlarına dividend verməyib. Bunlar arasında 6 sığorta şirkəti səhmdarlarına ödədiyi dividendi hesabatında göstərib.
Eləcə də bax: Sığorta şirkətində rəhbər vəzifə üçün verilən - İMTAHAN NƏTİCƏLƏRİ AÇIQLANDI
2018-ci ildə ödədiyi dividendin həcminə görə sığorta şirkətlərinin siyahısı belə olub:
Sığorta şirkəti | Dividend (manat) |
“Paşa Həyat Sığorta” | 17 132 000 |
“Paşa Sığorta” | 13 572 000 |
“Meqa Sığorta” | 6 500 000 |
“İpək Yolu Sığorta” | 5 555 871 |
“Azərbaycan Sənaye Sığorta” | 3 000 000 |
“AZSIĞORTA” | 111 111 |