Bir neçə həftə əvvəl “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında sahibkarlara böyük məbləğdə ziyan dəyib.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlara dövlət tərəfindən dəstək göstərilsə də, baş verən hadisə ticarət obyektlərinin və buradakı malların sığortalanmasının vacibliyini bir daha göstərdi. Qeyd edək ki, hazırda sahibkarlar o qədər də böyük olmayan məbləğ ödəməklə mallarını tam rahat şəkildə sığorta etdirə bilərlər.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
Sığorta sektorundan FED.az-a verilən məlumata görə, obyektdəki malların sığortalanması üçün sığorta tarifləri malın dəyərinin ortalama 0,4 faizi qədərdir. Məsələn 10 min manatlıq malın sığortalanması 40 manata, 50 min manatlıq malı sığortalamaq 200 manata və sair başa gələcək.
FED.az sahibkarlar üçün vacbliyini və bu sahədə məlumatın az olmasını nəzərə alaraq ayrı-ayrı misallarla mağazalardakı malların sığortalanması qiymətlərini təqdim edir.
Eləcə də bax: Sığorta haqları və ödənişlərə görə ən aşağı göstəriciləri olan şirkətlər - SİYAHI
«Lotos» ticarət mərkəzində paltar mağazası
Sözügedən yanğının baş verdiyi «Diqlas» ticarət mərkəzinin yaxınlığında «Lotos» ticarət mərkəzi də yerləşir. Burada geyim əşyalarından tutmuş təsərrüfat və elektrik mallarınadək çoxsaylı mallar satılır. Sığorta bazarındakı qiymətlər nəzərə alsaq, «Lotos»da kişi və qadın geyimləri satılan, sahəsi 40 kvm, mövcud olan mallarının ümumi qiyməti 50 min manat olan mağazadakı malların sığortalanması üçün illik 200 manat tələb olunur.
Eləcə də bax: Tikintidə ölən fəhlələrə görə nə qədər ödəniş edilməlidir? - MƏBLƏĞ, SİYAHI
«Neftçilər»də məişət texnikası mağazası
«Neftçilər» metrostansiyası yaxınlığında yerləşən məişət texnikası mağazası misalında sığorta haqqını hesablayaq. Sahəsi 80 kvm, malların ümümi dəyəri 70 min manat olan mağazada malların sığotalanması üçün illik 280 manat ödəniş tələb olunur.
Eləcə də bax: Azərbaycanda 5 sığorta şirkətinin aktivləri 50 milyon manatdan çoxdur
Əhməd Rəcəblidə elektrik malları mağazası
Bakının yeni ticarət küçələrindən biri sayılan Əhməd Rəcəblidə elektrik malları mağazası. Sahəsi 40 kvm, malların ümumi dəyəri 30 min manat olduğu halda, buradakı malların sığortalanması üçün ödəniləcək məbləğ 120 manatdır.
Eləcə də bax: Azərbaycanda aqrar sığorta başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Əhməd Rəcəblidə təsərrüfat malları mağazası
Əhməd Rəcəblidə geniş yayılmış təsərrüfat malları mağazası. Sahəsi 40 kvm, malların ümumi dəyəri 30 min manat olduğu halda, buradakı malların sığortalanması üçün ödəniləcək məbləğ 120 manatdır.
Qeyd edək ki, bu sığorta haqları Bakı şəhərində yerləşən bütün obyektlərdəki malların sığortası üçün keçərlidir. Hesablama apararkən azadolma məbləği təxminən 200 manat nəzərdə tutulub.