Xəbər verildiyi kimi, Azərbaycanda işçilərin iş yerində xəsarət alması və ya həlak olması ilə bağlı sığorta mövuddur.
FED.az xəbər verir ki, söhbət «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən əmək qabiliyyətinin itirilməsi» sığorta növündən gedir. Bu sığortanın mənası ondan ibarətdir ki, iş yerində işçi xəsarət alarsa və ya həlak olarsa, ona və ya ailəsinə böyük məbləğdə, sığorta haqqı veriləcək ki, ailə bu hadisənin iqtisadi təsirini hiss etməsin.
Qanuna görə, bu sığorta qanunidir və mülkiyyət növündən asılı olmayaraq bütün iş yerlərində işçilər sığortalanmalıdır, hətta bundan yayınmaya görə böyük cərimələr də var. Sığopta haqqı isə böyük deyil, və FED.az-ın hesablamalarına görə, işçilərin illik sığorta haqqı 12-20 manat arasında dəyişir, yalnız ən riskli sahələrdə çalışanların illik sığorta haqqı 120 manata çatır.
Eləcə də bax: «Əsas odur, portfelimiz sağlamdır, istənilən ödənişi edə bilirik»
Bəs hadisə baş verəndə işçi və ya ailəsi nə qədər sığorta ödənişi almalıdır?
FED.az həmişə olduğu kimi, biznes və işçilər üçün maraqlı olduğunu nəzərə alaraq ən populyar peşələr üzrə bu məbləği misallarla hesablayıb.
Qeyd edək ki, iş yerində iki hadisə ola bilər, əlillik və ya ölüm. Ödənişin məbləği, hadisədən, işçinin maaşından və onun himayəsindəki insanların sayı və vəziyyətindən asılıdır.
Beləliklə, FED.az "Qala Həyat" Sığorta şirkətinə istinadən, iş yerində bədbəxt hadisə baş verərsə, işçilərin özü və ya ailəsinin nə qədər ödəniş alacağı haqda məlumatı sizə təqdim edir:
1) Vüqar ofis işçisidir – 30 yaşı var, maaşı 600 manat, ailəlidir, pensiyaçı ata-anası, həyat yoldaşı və 3 yaşlı oğlu ilə yaşayır.
Hadisə 1: əlil olub
Belə halda işçiyə verilən ödəniş onun əmək qabiliyyətinin nə qədər, yəni hansı faiz itirilməsindən asılıdır. Bunu həkim ekspert komissiyası hesablayır. Ödəniş də bu göstəricidən asılı olur. Yəni məsələn işçi əmək qabiliyyətinin 50%-i itiribsə, ona əmək haqqının 50%-i ödənilir və sair.
Bunu nəzərə alanda Vüqar 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 600 manatın 50%-ni (300man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
Hesablama üçün pensiyaçı ata və ananın yaşı və pensiya səbəbi zərururidir (əmək qabiliyyətini itirməyə (itirmə müddəti) və ya yaşa görə). 3 yaşlı uşağa görə: 20 874,24 man., anası isə uşağa qulluğa görə: 14 687,46 man almalıdır.
2) Qasım bank işçisidir - 35 yaşı var, maaşı 1000 manatdır, ailədidir, həyat yoldaşı və yaşları 4 və 6 olan iki övladı ilə yaşayır.
Hadisə 1: əlil olub
Qasım 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 1000 manatın 50%-ni (500man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
4 yaşlı uşağa görə: 34 066,80 man, 6 yaşlı uşağa görə: 32 400 man, anaya qulluğa görə: 23 032,80 man.
3) Səlim avtobus sürücüsüdür – 30 yaşı var, maaşı 700 manat, ailəlidir, həyat yoldaşı və yaşı 2 və 4 olan iki oğlu ilə yaşayır
Hadisə 1: əlil olub
Səlim 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 700 manatın 50%-ni (350man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
2 yaşlı uşağa görə: 24 788,40 man, 4 yaşlı uşağa görə: 23 846,76 man, anaya qulluğa görə: 18 047,82 man.
4) Tahir yük maşını sürücüsüdür – 40 yaşı var, maaşı 1200 manatdır, ailədidir, həyat yoldaşı və yaşı 7 və 10 olan iki övladı ilə yaşayır.
Hadisə 1: əlil olub
Tahir 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 1200 manatın 50%-ni (600man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
7 yaşlı uşağa görə: 37 743,12 man, 10 yaşlı uşağa görə: 32 400 man, anaya qulluğa görə: 33 715,44 man.
5) İlham plastik sexdə fəhlə işləyir – 30 yaşı var, maaşı 500 manatdır, ailəlidir, həyat yoldaşı və yaşı 5 olan oğlu ilə yaşayır.
Hadisə 1: əlil olub
İlham 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 500 manatın 50%-ni (250man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
5 yaşlı uşağa görə: 22 180,60 man, anaya qulluğa görə: 14 306,40 man.
6) Cəfər plastik sexdə usta işləyir – 50 yaşı var, maaşı 900 manatdır, ailəlidir, həyat yoldaşı və yaşı 16 və 20 yaşı olan iki övladı ilə yaşayır. Övladının biri ali təhsil alır- 2-ci kurs tələbəsidir.
Hadisə 1: əlil olub
Cəfər 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 900 manatın 50%-ni (450man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
16 yaşlı uşağa görə: 16 660,62 man, 20 yaşlı uşağa görə (əyani təhsil alır): 8 253,63 man.
7) İmran tikintidə krançıdır – 32 yaşı var, maaşı 800 manatdır, ailəlidir, həyat yoldaşı və 5 yaşında oğlu ilə yaşayır.
Hadisə 1: əlil olub
İmran 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 600 manatın 50%-ni (300man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
5 yaşlı uşağa görə: 35 488,96 man, anaya qulluğa görə: 22 890,24 man.
8) Teymur tikintidə krançıdır – 38 yaşı var, maaşı 800 manatdır, ailəlidir, həyat yoldaşı, pensiyaçı anası, və yaşı 6 və 10 olan iki övladı ilə yaşayır.
Hadisə 1: əlil olub
Teymur 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 800 manatın 50%-ni (400man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
Hesablama üçün pensiyaçı ananın yaşı və pensiya səbəbi zərururidir (əmək qabiliyyətini itirməyə (itirmə müddəti) və ya yaşa görə). 6 yaşlı uşağa görə: 20 736 man., 10 yaşlı uşağa görə: 17 981, 57; anasında uşağa qulluğa görə: 12 641,47 man.
9) Fərəc tikintidə fəhlədir - 35 yaşı var, maaşı 600 manatdır, subaydır, pensiyaçı anası ilə yaşayır,
Hadisə 1: əlil olub
Fərəc 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 600 manatın 50%-ni (300man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
Hesablama üçün pensiyaçı ananın yaşı və pensiya səbəbi zərururidir (əmək qabiliyyətini itirməyə (itirmə müddəti) və ya yaşa görə).
10) Elməddin, tikintidə fəhlə – 25 yaşı var, maaşı 500 manatdır, ailəlidir, həyat yoldaşı və 2 yaşlı qızı ilə yaşayır.
Hadisə 1: əlil olub
Elməddin 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 500 manatın 50%-ni (250man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
2 yaşlı uşağa görə: 23 608 man, anaya qulluğa görə: 17 188,40 man.
11) Samirə, ərzaq mağazasında satıcı – 26 yaşı var, maaşı 500 manatdır, ailəlidir, həyat yoldaşı və 3 yaşlı qızı ilə yaşayır.
Hadisə 1: əlil olub
Samirə 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 500 manatın 50%-ni (250man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
3 yaşlı uşağa görə: 23 193,6 man, ataya qulluğa görə: 16 319,40 man.
12) Ellada geyim mağazasında satıcı - 28 yaşı var, maaşı 600 manatdır, ailəlidir, həyat yoldaşı və 4 yaşlı oğlu ilə yaşayır.
Hadisə 1: əlil olub
Ellada 5 il müddətinə 50% əmək qabiliyyətini itirmişdir. O, 5 il ərzində hər 600 manatın 50%-ni (300man) aylıq alacaq.
Hadisə 2: həyatını itirib
4 yaşlı uşağa görə: 27 253,44 man, ataya qulluğa görə: 18 426,24 man.