"KİA Motors.az” MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları fəaliyyət qaydaları əleyhinə olan (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması) inzibati xəta protokolu üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə irəli protokol sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə görə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər 2 500-3 500 manatadək məbləğdə, hüquqi şəxslər 8 500-10 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayev təyin edilib.