20 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri üçün Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından FED.az-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri və mövcud bəyannamələrə dəyişikliklər, həmçinin vergi qanunvericiliyi ilə əlaqədar ünvanlanan bütün suallara aydınlıq gətirilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Vergilər Nazirliyinin və bankların nümayəndələri arasında görüş keçirilib
11:24
21 İyul 2017