Yanvar-iyul aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci ilin yanvar-iyul ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 mlrd. 84 mln. 988,4 min manat məbləğində vəsait ödənilib.
Bununla da Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.