Yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
FED.az APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyindən verilən xəbərə görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 3 mlrd. 352 mln. 375,58 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub.