Bir sıra valyutalar dollar məzənnəsinə münasibətdə son bir neçə həftə ən aşağı hədlərinə çatmışlar.
Avro, isveç frankı və kanada dolları ABŞ dollarına münasibətdə aşağı səviyyə nümayiş etdirmişlər, funt isə son 30 ilin ən aşağı səviyyəsinə çatmaq üzrədir.
Qeyd edək ki, avrozonada işgüzar fəallıq indeksi bu il ən yüksək səviyyəsinədək artmışdı, lakin avro düşməyə davam edir.
Almaniyada işgüzar fəallıq 2014-cü ilin birinci rübündən bəri ən yüksək templərlə artmaqdadır.
Xidmət sahəsindəki fəallıq indeksi isə 50,9-dan 55,1-dək artmış və bu da 3 il müddətində çox böyük sıçrayış olmuşdur.
Fransada da işgüzar fəallıq sürətlənmiş, xidmət sahəsindəki fəallıq isə bir qədər ləngimişdir.
Bu müsbət təsadüflər nisbətən daha zəif valyutanın müsbət təsirinin ən bariz sübutudur.
Normal bazar şəraitində dünənki yüksək göstəricilər EUR/USD-nin 50-70 punktunda güclənməsinə təkan verə bilərdi. Lakin bunun əvəzində şimali-amerika ticarət sessiyası zamanı başa çatan kiçik bir sıçrayış müşahidə olundu. Qismən bu, ABŞ-dan gəlməsi gözlənilən məlumatlardan daha müsbət olan proqnozlarla əlaqədar idi, lakin EUR/USD-nin hərəkəti ilk növbədə alman və amerikan dövlət istiqrazlarının gəlirliliyi arasındakı spredlə müəyyənləşir.
Aşağıda verilmiş qrafikdən də görmək olar ki. dünən həm alman, həm də amerikan dövlət istiqrazlarının gəlirliliyi artmışdı, lakin amerikan istiqrazlarının gəlirliliyi nəhayət ki, stabilləşdi və indi alman istiqrazlarının gəlirliliyinə nisbətən daha sürətlə artır.
Sabah alman investorlarının münasibətləri barədə IFO-dan hesabat veriləcəkdir və məhz bu faktor valyutaya sonrakı dəstəyi təmin etməlidir. Habelə, investorlar əsas diqqəti Avropa mərkəzi bankının sədri Mario Draqinin çıxışına yönəldəcəklər.
Analitiklər hələ də düşünür ki, EUR/USD stabilləşməzdən öncə 1,0815 və 1,0825 arasındakı növbəti dəstək səviyyəsinə qədər düşə bilər. 1,0840-dan aşağı olan istənilən səviyyə yeni uzunmüddətli mövqelər üçün əla yerdir.
investing.com©
Valyutaların hərəkəti çıxan məlumatlarla deyil, monetar siyasətlə sıx bağlıdır
13:11
25 Okt 2016