2021-ci ilin yanvar-iyun aylarında Ukraynadan xaricə pul köçürmə sistemləri vasitəsilə 290 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz çoxdur.
Ukrayna-Azərbaycan Biznes Assosiasiyası - Yaradılıb
FED.az “RBK-Ukrayna” saytına istinadla xəbər verir ki, Ukrayna Milli Bankının məlumatına əsasən pul köçürülən xarici ölkələr arasında Azərbaycan 4-cü yerdədir. Ən çox pul köçürmə Rusiyaya (29 faiz) olub. Sonrakı yerlərdə Gürcüstan (17 faiz), Türkiyə (5 faiz), Azərbaycan (5 faiz), Polşa (4 faiz) gəlir.
Pul köçürmə sistemləri vasitəsilə Ukraynaya 1,470 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.(marja)