Twitter (NYSE: Twitter `TWTR`) şirkəti əməkdaşlarını ixtisar etmək barədə bəyanat yaymağa hazırlaşır. Bu barədə vəziyyətlə tanış mənbələrdən biri Bloomberg agentliyinə məlumat vermişdir. Bu barədə rəsmi məlumat növbəti həftə veriləcəkdir.
Agentliyin mənbəsindən verilən məlumata görə şirkət işçi ştatını təxminən 8%-ə qədər ixtisar edə bilər. Bu isə təxminən 300 nəfər aam deməkdir. Buna bənzər kadr dəyişiklikləri şirkətdə bir il bundan əvvəl baş vermişdi. O zaman şirkətin həmtəsisçilərindən biri Cek Dorsi Twitter şirkətinin baş icraçı direktoru vəzifəsini tutmuşdu. Bu barədə Bloomberg yazırdı.
Agentliyin həmsöhbətinin dediyinə görə sözügedən rəqəmlər ilkin rəqəmlərdir və yaxın gələcəkdə hələ dəyişə bilər. Güman edilir ki, şirkətdəki ştat ixtisarları barədə 27 oktyabr tarixinədək elan ediləcəkdir. O zaman Twitter plana əsasən bu ilin 3-cü rübünün gəlirləri barədə məlumatları dərc etməlidir. Şirkətin rəsmi nümayəndəsi şərh bildirməkdən imtina etdi.
Twitter mümkün kütləvi ixtisarlar barədə materialı əvvəllər Reuters agentliyi də dərc etmişdi. Onun məlumatına görə belə ixtisarlar şirkətin öz alıcısını tapa bilməməsi ilə də bağlı ola bilər. Bundan əlavə, satışlar, marketinq və tərəqqi üzrə Twitter-in əməliyyat xərcləri digər sosial şəbəkələrdən daha çoxdur, lakin tamaşaçı kütləsi isə əksinə digərləri ilə müqayisədə nisbətən daha azdır.
insider.pro©
Twitter kütləvi ixtisarlara başlayıb
14:53
25 Okt 2016