Türkiyədə gözlənildiyi kimi Mərkəzi Bank faiz dərəcəsini endirdi. Çünki TCMB-nin Pul komitəsində yer alan üç şəxsin faiz dərəcəsinin indiki zamanda endirilməsinin əleyhinə idilər.
Eləcə də bax: Elman Rüstəmov: Lirənin ucuzlaşmasının Azərbaycana təsiri barədə
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, TCMB-nin Pul Komitəsinin qərarına əsasən uçot dərəcəsini 18%-dən 16%-ə qədər endirib. Bu azaldılma ardından isə lirə gözlənildiyi kimi kəskin şəkildə anti-rekord yeniləməkdədir. USD/TRY cütlüyünün məzənnəsi artıq 23 quruş, yaxud 2.54% ucuzlaşmaqla 9.4438 səviyyəsinə “sıçradı”.
Türkiyə Mərkəzi Bankı ötən ilin sonlarında məzənnənin kəskin ucuzlaşmasının qarşısını almaq məqsədi ilə sərt monetar siyasətə keçmişdi. Faiz dərəcəsini 19%-ə qədər yüksəltmişdi ki, bu da lirənin məzənnəsi cari ilin əvvəlində ötən ilin sentyabrındakı məzənnədən daha az düşməsini dəstəkləmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Banka faizi aşağı salmağa çağırırdı. O, yüksək faizin Türkiyəyə yüksək inflyasiyanı gətirəcəyini demişdi.
Prezident Əroğdan bununla iqtisadiyyatın 7%-in üzərində artmasına nail olacağını bildirib. O həmçinin bundan sonra “inflyasiyanın daha yuxarı çıxması mümkün deyil” deyə bildirmişdi.