Seçkilərə 2 gündən az vaxt qalmış Türk Lirəsi ucuzlaşmaqda davam edir.
«Müxalifətin seçkidə qalib gələcəyi təqdirdə...» - Seçkidən sonrakı iqtisadi ssenarilər açıqlandı
FED.az xəbər verir ki, Mərkəzi Banakın məzənnəsi ilə sərbəst bazar olan Kapalıçarışıdakı məzənnə arasındakı fərq rekord qırıb - ilk dəfə bu fərq 1 lirəni aşaraq 1,2 lirəyə çatıb.
Hazırda 1 dolların rəsmi məzənnəsi 19,58 lirə olduöğu halda, İstanbulda Kapalıçarışıda dollar 20,78 lirəyə satılır.
Əhali seçkidən sonranın dəqiq necə olacağını bilmədiyi üçün dollar və qızıl alırlar. İnsanlar vəsaitlərini Türk Lirəsində saxlamaq istəmirlər. (Marja)