Danimarkanın ən böyük bankı olan «Danske Bank» Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin fərqli nəticələri üzrə ssenariləri açıqlayıb.
Goldman Sachs: Türk lirəsinin 13 faiz dəyər itirməsi lazımdır
FED.az xəbər verir ki, bankın bununla bağlı qeydində bildirilir ki, seçki sonrası hökumət dəyişməsə bazarlara ciddi təsir etməyəcək, müxalifətin seçkidə qalib gələcəyi təqdirdə isə pul siyasətində "sürətli normallaşma" gözləyir.
«Danske Bank», mayın 8-də dərc etdiyi qeyddə, 14 mayda keçiriləcək ümumi seçkidən sonra Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) həyata keçirəcəyi pul siyasəti və bazarların reaksiyası ilə bağlı qiymətləndirmələr edib.
«Danske Bank»ın baş analitiki Minna Kuusistonun hazırladığı qeyddə seçkidən sonra hakimiyyətin davam etdirilməsinin bazara məhdud təsir göstərəcəyi bildirilib.
Bununla belə, müxalifətin seçkidə qalib gələcəyi təqdirdə pul siyasətində “sürətli normallaşma” gözlədikləri qeyd edilib.
Digər tərəfdən, «Danske Bank» bu dəyişikliklər nəticəsində siyasət faizinin (uçot dərəcəsinin) 30 faizdən yuxarı qaldırılacağını təxmin etdi.
Faiz artımının yəqin ki, qısa müddətdə lirədə həddindən artıq volatillik gətirəcəyini qeyd edən bank rəsmisi, “Ancaq orta müddətli dövrdə lirə əhəmiyyətli dərəcədə bahalaşa bilər. Müxalifətin qələbəsi iqtisadi siyasətdə həlledici dönüş demək olsa da, AKP-nin dövlət idarələrində geniş iştirakı bir çox cəhətdən iqtidarın imkanlarını məhdudlaşdıra bilər” ifadələrdən istifadə edib.