Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məzənnəyə bağlı əmanət alətini açıqladıqdan sonra Türk Lirəsinin bahalaşması davam edir.
Eləcə də bax: "Türk lirəsi dəyər itirdikcə hökumət daha çox lirə çap etmək məcburiyyətində qalacaq"
FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi 12 səviyyəsindən də aşağı düşüb və 11,60 lirəni görüb.
Bu gün Türk Lirəsi dollar qarşısında 1%-ə yaxın dəyər qazanıb.
Ərdoğan yeni tədbirləri açıqladıqdan ötən 3 gün ərzində isə Türk Lirəsi dollar qaşısında 40%-ə yaxın bahalaşıb.
Analitiklər bildirirlər ki, yeni siyasət bir müddət sonra daha yüksək bir inflyasiya ilə nəticələnəcək və lirə daha çox dəyərdən düşəcək. (Marja)