Azərbaycanın maliyyə sənayesinin aktivlərinin ÜDM-ə nisbəti iyul ayının sonuna olan göstəriciyə əsasən 44,5% təşkil edir ki, bu da oxşar ölkələrlə müqayisədə aşağı hesab olunur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur - bütövlükdə maliyyə sektorunda 95% təşkil edir.
"Biz 2023-2026-cı illər üzrə maliyyə sektorunun inkişafına dair strategiyanın həyata keçirilməsi ilə hesab edirik ki, maliyyə sektorunun maliyyə inklüzivliyi göstəricilərini daha da yaxşılaşdırmağa nail ola biləcəyik",- deyə Taleh Kazımov qeyd edib. (Apa)