"Standard Insurance" ASC-nin İdarə Heyətinin (İH) sədri Aydın Rəhmanov işdən çıxıb.
Bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, onun yerinə hələlik təyinat olmayıb. Hazırda İH-nin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Kamran Bağırov icra edir.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.