Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Rusiya və Ukraynanın kredit reytinqini aşağı salıb.
Eləcə də bax: Sanksiyalara görə bəzi Rusiya banklarının kartları xaricdə - İŞLƏMƏYƏCƏK
FED.az xəbər verir ki, açıqlamada Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqinin “BBB-”dən “BB+”ya endirildiyi, yerli valyutada uzunmüddətli kredit reytinqinin isə “BBB”dən “BBB-”yə endirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkənin bank sisteminin böyük hissəsi də daxil olmaqla, güclü beynəlxalq sanksiyalara səbəb olub.
Sanksiyaların iqtisadi və xarici ticarət fəaliyyətlərinə, rezidentlərin inamına və maliyyə sabitliyinə əhəmiyyətli dərəcədə birbaşa və ikinci dərəcəli təsirlər göstərə biləcəyinə diqqət çəkilərək, geosiyasi gərginliyin özəl sektorun inamını aşağı salaraq iqtisadi artıma təzyiq göstərməsinin gözlənildiyi bildirilib.
Açıqlamda deyilir ki, geosiyasi münaqişənin təkamülü və mövcud məhdudiyyətlərin, eləcə də əlavə sanksiyaların son iqtisadi və maliyyə nəticələri ilə bağlı qeyri-müəyyənlik yüksəkdir.
Ukraynanın kredit reytinqi də aşağı salınıb
Digər tərəfdən, S&P, Ukraynanın uzunmüddətli xarici valyuta və yerli valyutada kredit reytinqinin "B"dən "B-"yə endirildiyini açıqlayıb.
Açıqlamada Rusiyanın Ukraynaya hərbi hücumunun Ukraynanın iqtisadi artımı, maliyyə sabitliyi, xarici mövqeyi və dövlət maliyyəsi üçün risk yaratdığı qeyd edilib.
Bundan əlavə, başqa bir kredit reytinq agentliyi olan "Fitch Ratings" Ukraynanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “B”-dən “CCC”-yə endirib. (Marja)