Yeni sanksiya siyahısına daxil edilmiş Rusiya banklarının müştəriləri kartlarından xaricdə istifadə edə bilməyəcək.
Eləcə də bax: Ukrayna Mərkəzi Bankı rus rublu ilə əməliyyatlara - QADAĞA QOYDU
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) məlumat yayıb.
Sözügedən bankların müştəriləri həmçinin, sanksiyaları dəstəkləyən ölkələrdə qeydiyyatdan keçmiş mağazalarda onlayn ödəniş edə bilməyəcək. Mərkəzi Bankın məlumatında bildirilir ki, buna baxmayaraq, kartlar Rusiya ərazisində məhdudiyyətsiz işləməyə davam edəcək.
Qeyd edək ki, Ukrayna böhranı ilə əlaqədar fevralın 24-də ABŞ Rusiyanın ən böyük maliyyə institutu olan "Sberbank"ın ABŞ maliyyə sistemi ilə əlaqəsini kəsmək üçün sanksiyalar tətbiq edib. Bundan əlavə, tam bloklama sanksiyaları "Bank Otkrıtiye", "Sovcombank", "Novikombank" və "VTB Bank"a qarşı tətbiq olunub. "Alfa-Bank", "Qazprombank" və "Rosselxozbank" da yeni sanksiyalarla üzləşib.