2016-cı ildə SOCAR İsveçrədəki fəaliyyətindən 40 mlrd. 438 mln. manat gəlir əldə edib ki, bu da 2015-ci ilin göstəricisindən 69,5% çoxdur.
FED.az İnterfax-a istinadən xəbər verir ki, şirkətin 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına görə, ötən il şirkətin ümumi gəlirlərinin 77,9%-i İsveçrədəki fəaliyyətindən əldə olunan gəlirlərin payına düşür.
Ötən il əldə olunan gəlirlərin 5,171 mlrd. manatı (artım 11,7%) Azərbaycanın, 3,479 mlrd. manatı (35,3%) Türkiyənin, 1,156 mlrd. manatı (artım 21,9%) Birləşmiş Ərəb Əmirliklərinin, 1,046 mlrd. manatı (artım 39,8%) Gürcüstanın,615 mln. manatı (artım 1,7 dəfə) isə digər ölkələrinpayına düşür.