Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə oktyabrın 17-də qeydə alınmış alış-satış qiymətlərini açıqlayıb. Bu barədə "Fed.az" "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, SOCAR istiqrazları nominal dəyərinə (1 000 ABŞ dolları) alınıb, 1 010 dollara, yəni 1% baha satılıb.