Dünən amerika fond indeksləri üzrə ticarət sövdələşmələri bir mənalı olmayan korporativ hesabatlılığa görə, eləcə də iki həftədən sonra keçiriləcək ABŞ prezident seçkiləri ilə bağlı ümumi həyəcan dərəcəsinə və neft qiymətlərinin düşməsinə görə "minus"la başa çatdı.
Dow Jones Industrial Average indeksi 18169,27 punktadək azaldı.
Standard & Poor's 500 isə 2143,16 punktadək aşağı düşdü.
Ticarət sövdələşmələrinin nəticələrinə görə Nasdaq Composite indeksi 5283,40 punktadək aşağı düşdü.
ABŞ-ın 20 ən böyük şəhərlərində evlərin qiyməti illik mənada avqustda 5,13% qalxdı və buna S&P/Case-Shiller məlumatları dəlalət edir. Bu isə bazardakı gözləntilərə uyğun gəlirdi.
ABŞ-da oktyabr ayında istehlakçı etibarı indeksi 98,6 unktadək aşağı düşdü.
İndeksin sentyabrda dəyəri 104.1 punktdan 103,5 punktadək baxılmış oldu. FactSet tərəfindən sorğulanan Uoll-strit analitikləri orta hesabla əvvəllər sentyabrda elan edilmiş səviyyədən göstəricinin 101 punktadək azalacağını ehtimal edirdilər.
Çərşənbə axşamı günü ABŞ-da hesabatlılığın cari fəslinin ən nəzərəçarpan günlərindən biri kimi yadda qaldı. Rüblük məlumatları Standard & Poor's 500 siyahısından təxminən 90-a qədər şirkət yenilədi. S&P 500 çərçivəsində aşağı düşən şirkətlərin arasında aparıcı yerləri tutan istehlak sektorunun şirkətləri oldu, o cümlədən idman geyimi istehsalçısı Under Armour (NYSE:UA) şirkəti də bunların arasında yer aldı. Bu şirkətin səhmləri zəif hesabatlılığa görə 13,2% ucuzlaşdı. Eyni səbəbdən 3M Co (NYSE:MMM)-nun da qiymətli kağızları 2,9% azaldı.
Məişət texnikası istehsalçısı olan Whirlpool Corp (NYSE:WHR)-un bazar qiyməti də 10,8%-dək aşağı düşdü.
3-cü rübdəki rekord gəlir və mənfəətinə, eləcə də illik proqnozunun bir qədər yaxşılaşmasına baxmayaraq, General Motors (NYSE:GM) səhmlərinin kursu 4,2% düşdü.
investing.com©