Silk Way Bank Avropa ölkələrində edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılması üçün yeni maliyyə xidməti - TaxFree4U təqdim edib.
Bank Silk Way-in mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, hazırda Silk Way Bank kart sahibləri alış-veriş etdikləri ölkələrin hava limanlarında olarkən uçuşdan əvvəl növbədə vaxt itirmədən ən qısa müddətdə ƏDV-ni geri ala bilərlər. Silk Way Bank kart sahibləri TaxFree4U tətbiqini yüklədikləri zaman swbank promo kod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəklər.
Avropa* ölkələrində həyata keçirilmiş alış-verişlər üzrə ən yüksək ƏDV məbləğini geri qaytarmaq üçün Silk Way Bank kart sahibləri aşağıdakı müddəaları yerinə yetirməlidir:
- TaxFree4U mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan swbank promo kodu ilə keçməlidir;
- Pasport** şəklini yükləməli (bəyannamənin doldurulması zamanı Aİ vətəndaşlığının olmaması və digər məlumatların təsdiq olunması üçün), səyahət haqqında məlumatları daxil etməli;
- Uçuşdan 24 saat əvvəl qəbzlərin fotolarını TaxFree4U mobil tətbiqə yükləməli;
- Hoteldə artıq doldurulmuş bəyannaməni çap etməli (ƏDV-nin geri ödənilməsi forması), bu bəyannamə TaxFree4U xidməti tərəfindən istifadəçinin e-poçtuna göndəriləcək;
- Avropa ölkələrindən uçuşdan əvvəl qablaşdırılmış bağlamaları birkaları ilə birgə yoxlamadan keçirərək gömrük rəisindən bəyannaməyə möhür vurulmasını təmin etmək;
- Azərbaycana gəldikdən sonra möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 1-də SW Bank-ın 1 saylı şöbəsində TaxFree4U qutusuna yerləşdirin;
- İstifadəçidən sənədlərin orijinalları əldə edildikdən sonra 48 saat ərzində Silk Way Bank kartlarına ilk geri ödəniş zamanı geri ödəniləcək məbləğdən əlavə Silk Way Bank-dan 5 avro bonus ödəniləcək.
Silk Way Bank kart sahibləri üçün TaxFree4U mobil tətbiqinin üstünlükləri:
Fayda: TaxFree4U xidməti ən yüksək geri ödəniş %-i tətbiq edir; ƏDV-nin geri ödənildiyi bütün mağazalar üzrə alış-verişlər üçün ƏDV-nin geri ödənilməsini təmin edir; qəbzlərin məbləğini vahid bəyannamədə birləşdirərək hər bir ölkədə tələb olunan icbari minimal alış-veriş məbləğini ləğv edir;
Rahatlıq: əlavə sənədlər və növbə olmadan. Tətbiq vasitəsilə qəbzlərin şəklini çəkmək kifayətdir - TaxFree4U mütəxəssisləri özləri bəyannaməni dolduracaq, sizə e-poçt vasitəsilə göndərəcəklər;
Sürət: Geri ödəniş məbləği Silk Way Bank kartına, sənədlərin orijinallarını əldə etdikdən sonra 48 saat ərzində yatırılır, bu ƏDV-nin geri ödənilməsi üzrə operatorlar arasında ən qısa zaman müddətidir;
Azərbaycan vətəndaşları 28 Avropa İttifaqı ölkəsində ƏDV-nin geri ödənilməsi hüququna malikdirlər. TaxFree4U xidməti İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.
TaxFree4U xidməti - Avropa* ərazisində həyata keçirilən alış-verişlər üzrə ƏDV-nin geri ödənilməsini tətbiq edən dünya üzrə ilk onlayn xidmətdir. Xidmət turistləri bəyannamələri doldurmaq, bir neçə növbədə dayanmaqdan azad edir və TaxFree operatorları arasında müştərinin kartına ən yüksək faiz dərəcəsinin tətbiq olunmasını həyata keçirir. Bugünədək, TaxFree4U ƏDV-nin geri ödənişi üzrə sadələşdirilmiş xidmətdən Avropa ölkələrinin çox sayda turistləri istifadə etmişdir. https://taxfree4u.eu/ru/
*Xidmət İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.
**Pasport, kart və eləcə də sənədlərin fotosu/ nüsxəsi qorunur və üçüncü şəxslərə ötürülə bilməz.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.
Silk Way Bank kart sahibləri Avropa ərazisində həyata keçirdikləri alış-verişin 19%-nə qədər məbləği smartfon vasitəsilə geri qaytara bilərlər
11:23
30 İyun 2017