Moskva birjasında hərracların açılışında dolların məzənnəsi 101 rublu ötüb.
VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi - TƏKLİF EDİB
FED.az xəbər verir ki, bir il ərzində Rusiya valyutası demək olar ki, iki dəfə ucuzlaşıb.
Oktyabrın 6-da səhər saatlarında Moskva birjasında dolların məzənnəsi 101 rublu ötüb. ABŞ valyutası sonuncu dəfə avqustun 14-də birjada bu səviyyədən yuxarı alınıb.
Ticarət zamanı rubl öz itkisini qismən bərpa edib, Moskva vaxtı ilə saat 08:50-də dolların məzənnəsi 100,8 rubla düşüb ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 39 qəpik yüksək olub.
Moskva birjasında hərracın əvvəlində avro 109 rubl həddinə yaxınlaşıb. Moskva vaxtı ilə saat 08:50-yə olan məlumata görə, vahid Avropa valyutası 106,28 rubl (+51 qəpik) səviyyəsində ticarət edilib. (Apa)