VTB Bankın rəhbəri Andrey Kostin Rusiyadan rublla pul çıxarılmasına limit tətbiq etməyi təklif edib.
Rusiya Mərkəzi Bankı dolların - Rəsmi Məzənnəsini Endirdi
FED.az xəbər verir ki, o, bunu Şərq İqtisadi Forumu ərəfəsində müsahibəsində bildirib .
“Sadəcə başa düşmək lazımdır ki, biz sülh dövründə yaşamırıq. Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: limit xarici valyuta ilə ayda 1 milyon dollardır, lakin siz istədiyiniz qədər rublla köçürmə edə bilərsiniz. Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır”, – Kostin bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Rusiya hökuməti daha sərt valyuta nəzarəti tətbiq etməyi təklif edir. Kostin onu da qeyd edib ki, həddi xarici valyutada olduğu kimi 100 milyon rubl müəyyən etmək olar.
VTB rəhbəri əlavə edib ki, Mərkəzi Bank digər variantlarla yanaşı rublun çıxarılmasına limit tətbiq etmək təklifini nəzərdən keçirir: "Mənə elə gəlir ki, bu, rublla bağlı vəziyyətin inkişafından asılı olacaq".
Martın sonunda Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xarici banklara vəsait köçürməsinə qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 30-dək uzadıb. Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya vətəndaşları və dost ölkələrdən rezident fiziki şəxslər hələ də bir ay ərzində istənilən xarici bank hesabına 1 milyon dollardan çox olmayan və ya başqa xarici valyuta ekvivalentində pul köçürə bilərlər. (Marja)