Rusiya rublu Azərbaycan manatına nisbətdə də ucuzlaşıb.
Eləcə də bax: Rusiya səhmləri bir gündə bir trilyon rubl - DƏYƏR İTİRDİ
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün rəsmi Rubl/Manat məzənnəsi 0.0213 manata bərabərdir. Dünən rəsmi Rubl/Manat məzənnəisi 0.0222 manat səviyyəində idi. Beləliklə, Rubl Manat qarşısında 0,0009 manat və ya 4% ucuzlaşıb.
12.01.2022-ci il tarixində Rubl 0.0229 manatadək bahalaşmışdı. Artıq Rubl bu səviyyədən 7% geriləyib. (Marja)