Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0.25 faiz bəndi, 6.75%-dək artırıb.
Azərbaycandan Rusiyaya qablaşdırma məhsullarının ixracına başlanılıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi saytında deyilir.
Mərkəzi Bank 2021-ci ilin dördüncü rübündə illik inflyasiyanın yavaşlayacağını gözləyir. Proqnozlara görə, 2022-ci ildə inflyasiya 4-4.5%-ə enəcək və gələcəkdə təxminən 4% təşkil edəcək.
Xatırladaq ki, Mərkəzi Bank ardıcıl beşindi dəfədir uçot dərəcəsini yüksəldir. Sonuncu dəfə iyulda uçot dərəcəsi 6.5%-ə qaldırılıb. Bu, 2014-cü ilin dekabrından bəri ən böyük artım olub. Rusiya Mərkəzi Bankının idarə heyətinin növbəti iclası oktyabrın 22-də keçiriləcək.