Rusiya Mərkəzi Bankı pul siyasəti faizini proqnozlara uyğun olaraq 20 faiz səviyyəsində saxlayıb.
Eləcə də bax: S&P Rusiyanın kredit reytinqini “CC” səviyyəsinə - ENDİRİB
FED.az xəbər verir ki, Ukraynanın işğalı başladığı gündən bir nüçə gün sonra Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında faizini 9,50 faizdən 20 faizə qaldırmışdır.
Beləliklə, ölkədə uçot dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Ticarət məlumatlarına görə, Mərkəzi Bankın əsas faiz dərəcəsinin illik 20% səviyyəsində qalması xəbərinə rubl zəif reaksiya verib.
Rusiya Mərkəzi Bankı yaxın rüblərdə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) azalacağını proqnozlaşdırır. ÜDM-in azalması əsasən təklif amilləri ilə bağlı olacaq və məhdud dezinflyasiya təsirinə malik olacaq.
Rusiya Mərkəzi Bankı yaxın aylarda kredit aktivliyinin də əhəmiyyətli dərəcədə zəifləməsi gözlənyir. (Marja)