Beynəlxalq reytinq agentliyi S&P Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini "CCC-"dən "CC"yə, milli valyutada uzunmüddətli reytinqini "CCC-"dən "CC"yə endirib.
Eləcə də bax: “Fitch” Rusiyanın 31 bankının reytinqini - ENDİRİB
FED.az xəbər verir ki, reytinqlər "mənfi" proqnozla "CreditWatch" siyahısına (nəzərdən keçirilən reytinq) yerləşdirilib.
"Əgər vəsait investorların ixtiyarına verilmirsə və ya ödəniş öhdəliyin şərtləri ilə əhatə olunmayan valyutadadırsa və investorun alternativ ödənişlə razılaşmadığına inanırıqsa, biz bunu defolt hesab edə bilərik" - S&P-nin bəyanatında deyilir.
Bundan əvvəl S&P Rusiyanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+"dan "CCC-"-ə, uzunmüddətli milli valyutada isə "BBB-"dən "CCC-"-ə endirərək "mənfi" proqnozla qiymətləndirmişdi. (Marja)