Dünyada Bitcoin başda olmaqla 800-den çox kriptovalyutanın dövriyyədə olduğu rəqəmsal valyuta bazarının böyüklüyü 200 mlrd. dolları ötüb. Bu ilin əvvəlində 20 mlrd. dollara çata bilməyən bu rəqəmsal pul, son 10 ayda 900 faiz(təxminən on dəfə) artıb. Arxasında nə bir ölkə, nə də hər hansı bir qanuni hakimiyyət olmadığı halda Bitcoin 5 il əvvəl 10 dollar idisə, bu məbləğ ötən həftə 7400 dolları keçdi.
Fed.az xəbər verir ki, 2012-ci ilin noyabr ayında 1 dollar 1.8 lirə olduğu zaman, 1 Bitcoin 13 dollar səviyyəsində idi. 2017-ci ilin noyabr ayında isə 1 dollar 3.87 lirə, 1 Bitcoin 7447 dollara bərabərdir.
Qeyd edək ki, 200 mlrd. dolların dövr etdiyi bu bazardakı ümumi məbləğin 65 faizi (təxminən 130 milyard dollar) Bitcoinə aiddir. Bitcoinin ən böyük alternativləri olan Ethereuma 30 mlrd. dollar, Ripplea 8 mlrd. dollar, Litecoine 3 mlrd. dollar, Bitconnete 2.5 mlrd. dollar, Dashe isə 2 mlrd. dollardır.
Rəqəmsal valyuta bazarının həcmi 200 mlrd. dolları ötüb
10:34
6 Noy 2017