Lisenziyaları ləğv edilmiş həm "Günaybank"da, həm də "Muğanbank"da hesabatlılıq düzgün olmayıb".
Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? - DEPUTATDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Adını çəkdiyimiz banklar Mərkəzi Banka hesabatlılığı təqdim edərkən doğru və düzgün məlumat verməyiblər. Biz bu ilin əvvəldə ilk öncə sistem əhəmiyyətli banklarda yoxlamalar apardıq. Ardınca kiçik banklarda yoxlamalar aparıldı və iki bankda hesabatlılığın düzgün olmadığını aşkar etdik. Artıq həmin bankların lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edilib",- Kazımov deyib.
Qeyd edək ki, "Günaybank" və "Muğanbank" lisenziyaları ləğv olunmamışdan əvvəl məcmu kapitalın minimal tələb olan 50 milyon manatdan yüksək olduğu barədə hesabat açıqlamışdılar. Mərkəzi Bank isə, lisenziyanın ləğvinə səbəblərdən biri kimi həmin banklarda məcmu kapitalın minimal tələbdən aşağı olduğunu göstərmişdi. (Marja)