"Rabobank"ın Baş Valyuta Strateqi Jane Foley, bazar günü Türkiyədə keçirilən seçkilərdən sonra bazar reaksiyası ilə bağlı qiymətləndirmələr edib.
«Müxalifətin seçkidə qalib gələcəyi təqdirdə...» - Seçkidən sonrakı iqtisadi ssenarilər açıqlandı
FED.az xəbər verir ki, Foley, “Bazarlar Ərdoğanın qeyri-adi (ənənəvi olmayan, ortodoksal - red) siyasətlərindən heç vaxt razı qalmayıb. Ərdoğan bu seçkidə uduzsa, beynəlxalq investorların marağı arta bilər. Bu, Türkiyə üçün üsul və metodların dəyişməsi ola bilər" deyib.
Türk lirəsinə təzyiq olduğunu qeyd edən Foley, “Hazırda elə bir mühitə daxil oluruq ki, ABŞ-da tənəzzüldən danışırıq. Söhbət Avrozona üçün staqflyasiyadan gedir. Çindəki yavaş bərpadan danışırıq. Bütün bunlar inkişaf etməkdə olan ölkələrə yaxından təsir edir. Təbii ki, seçkilər Türkiyə üçün çox önəmlidir və biz onu yaxından izləyirik. Digər tərəfdən, görünən odur ki, qısa müddətdə türk lirəsinə təzyiqlər arta bilər” deyib. (Marja)