Önümüzdəki həftə bu qiymətli metalı iki səbəbdən satmaq məsləhət görülür.
Birincisi, keçən həftə 3-cü rüb üzrə məlumat verən amerikan korporasiyaları yüksək göstəricilər ilə investorları sevindirdilər və bu da ABŞ fond bazarında kotirovkaların artımına imkan yarada bilər.
Risk alətlərinə kapital qoyuluşu ənənəvi olaraq investorlar tərəfindən çox həssas şəkildə qarşılanan bir məsələdir, çünki investorlar təhlükəsiz aktivlərə (bu sahədə qızıla əsas rol ayrılır) sərmayə qoymağa üstünlük verirlər. Tarixən, "sarı metalı" treyderlər "sakit liman" hesab edirlər, çünki qeyri-sabitlik dövründə məhz ona etibar etmək olar. İndi isə heç bir qeyri-sabitlik müşahidə edilmiş və ən azından qısa müddətli perspektivdə belə bir hal gözlənilmir.
İkincisi, dollar səbəti indeksi son 3 ticarət həftəsini müsbət notlarla başa vurmuş və bu tendensiyanın davam etməsi adətən amerikan məzənnəsinə əks istiamətdə hərəkət edən qızıla təzyiq göstərəcəkdir. Analitiklərin fikrincə, dollar öz qalibiyyətini davam etdirəcəkdir, çünki FOMC nümayəndələri əvvəllər də olduğu kimi uçot dərəcələrinin tezliklə artması zərurətini vurğulamağa davam edirlər.
Ticarət qərarı:
Sell 1268/1281 mövqeyini açmaq və take profit 1242 gəlir götürmək.
investing.com©
Qızıl. Həftəlik proqnoz (24-28 oktyabr)
16:01
24 Okt 2016