Rusiya prezidenti Vladimir Putin hökumətə və Mərkəzi Banka rublun möhkəmlənməsi üçün tədbirlər görməyi tapşırıb.
VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi - TƏKLİF EDİB
FED.az xəbər verir ki, 2024-2026-cı illər üçün federal büdcə layihəsinə həsr olunmuş iclasda dövlət başçısı qeyd edib: “Aydındır ki, indi əsas problemlərdən biri inflyasiyanın sürətlənməsi ilə bağlıdır, burada əsas amil aydındır – rublun ucuzlaşması.
Bunun səbəblərini aydın şəkildə anlamaq və gecikmədən vaxtında müvafiq qərarlar qəbul etmək lazımdır. Əminəm ki, hökumət və Mərkəzi Bank peşəkarcasına və ən əsası koordinasiyalı şəkildə işləyəcəklər".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı sentyabrın 19-da dolların rəsmi məzənnəsini 96,65 rubl müəyyən edib. (Marja)