“PASHA Holding”in ödəmə sistemi bazarına girəndən sonra “MilliÖn”ə işçi axını davam edir.
«PASHA Holding»in keçmiş əməkdaşı - MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ TƏYİN OLUNDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mustafa Hüseynov “PashaPay” MMC-nin Analitika departamentinin direktoru təyin edilib.
O, buna qədər “Azerconnect” MMC-də Müştəri dəyərinin idarə olunması bölməsinin rəhbəri vəzifəsində çalışırdı.
Xatırladaq ki, “PASHA Holding” ölkədə uzun müddətdir ödəmə sitemi kimi fəaliyətdə olan “Komtec LTD” MMC-ni satın aldı. Bununla da şirkət rebrendinq edərək “PashaPay” MMC kimi fəaliyətə başlayıb.
Mustafa Hüseynov 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk (Duke) Universitetinin ASEP proqramının məzunudur. “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.
O, həmçinin indiyə qədər “Bank Respublika”, “Azercell” və “Bakcell” kimi böyük şirkətlərdə çalışıb.