Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.
“Azərbaycan Dəmir Yolları”nın sədri özünə müşavir - TƏYİN EDİB
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Hələlik Müdafiə Nazirliyi Aqil Qurbanovun hansı məsələlər üzrə nazir müavini təyin edildiyini açıqlamayıb. Nazirliyin rəsmi internet saytında yalnız şəxsi heyətlə iş üzrə müavin postunun vakant olduğu görünür.
Qeyd edək ki, Aqil Qurbanov müdafiə nazirliyinin rəhbərliyində vəzifə tutan ilk mülki (buna qədər hərbi vəzifə tutmayan) şəxsdir.
Əvəzində Aqil Qurbanov indiyədək biznes sektorunda yüksək vəzifələrdə çalışıb. 36 yaşlı Aqil Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. Daha sonra 2019-cu ilin noyabrında “Sumqayıt Texnologiyalar Parkı” “PASHA Holding”-in idarəçiliyinə keçdikdən sonra Aqil Qurbanov “Sumqayıt Texnologiyalar Parkı” Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.