2022-ci ildə Azərbaycan xalis maliyyə aktivlərini 7 779.6 milyon ABŞ dolları məbləğində artırıb.
Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 23,5 MİLYARD DOLLARLIQ PROFİSİT
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu isə 2021-ci illə müqayisədə 3,1 dəfə çoxdur.
Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 172.2 milyon dollar artması (1 il əvvələ nisbətən 2,2 dəfə çox), portfel investisiyalarının 1 158.8 milyon dollar artması (2,5 dəfə çox), digər investisiyaların isə 6 448.6 milyon dollar artması (3,2 dəfə çox) təmin edib. (Apa)