2022-ci ildə Azərbaycanın tədiyyə balansınının ehtiyat aktivləri 9.4 milyard dollar artıb.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatında bildirilir.
Qeyd edilib ki, 2022-ci il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənmişdir.
Cari əməliyyatlar balansında 23.5 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 9.4 milyard dollar artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 104 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 milyard dollar səviyyəsində formalaşmışdır.
2022-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 23.5 milyard dollar və ya ÜDM-in 29.8%- ni təşkil etmişdir (2021-ci il üzrə 8.3 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilə nəzərən 2 dəfə artaraq 28.7 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 9.4% azalaraq 5.2 milyard dollar məbləğində olmuşdur.