Dünyanın ən nüfuzlu ödüllərindən olan Nobel mükafatının məbləği artırılıb.
FED.az Azertag-a istinadən xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, bu barədə Nobel Fondunun Direktorlar Şurası qərar qəbul edib.
Fondun sədri Karl Henrik bildirib ki, mükafatın məbləği bundan sonra 9 milyon İsveç kronu (təxminən 1 milyon 119 min ABŞ dolları) olacaq. Beləliklə, mükafatın məbləği əvvəlki illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 124 min dollar), yəni 12,5 faiz artıb.
Xatırladaq ki, Nobel mükafatı fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlara görə verilir.