FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin aprel ayı ərzində 548,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: Neft Fondu bazardakı dəyişikliklərə görə - 1,6 MİLYARD MANAT İTİRİB - AÇIQLANDI
Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin mart ayı ərzində 526,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, mart ayı ilə müqayisədə apreldə valyuta satışı cüzi artıb.
Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində isə 371,2 milyon ABŞ dolları məbləğində valyuta satılmışdı.
Fond tərəfindən 2022-ci ilin ilk 4 ayında 2 milyard 173,1 milyon dollar məbləğində valyuta satılıb. (Marja)