Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: Gələn il Neft Fondundan 13 milyard manat - XƏRCLƏYƏCƏYİK
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Fondun valyuta satışı 25,5 milyon dollar az olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları, aprel ayı ərzində 509,9 milyon ABŞ dolları, may ayı ərzində 312,7 milyon ABŞ dolları, iyun ayı ərzində isə 463.6 milyon ABŞ dolları, iyul ayı ərzində 461,6 milyon ABŞ dolları, avqust ayı ərzində 512,3 milyon ABŞ dolları, sentyabr ayı ərzində 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır. (Marja)