Türkiyə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (Müstakil Sanayici ve İşadamları Derneği - MÜSİAD) ölkədəki iqtisadi vəziyyət ilə bağlı açıqlama yayıb:
FED.az xəbər verir ki, açıqlamada deyilir:
"Türkiyə iqtisadiyyatını yalnız valyuta məzənnələrinə əsaslanaraq qiymətləndirmək olmaz. Sərbəst bazar şərtlərinin mövcud olduğu son 20 ildə illik 5,3% artım əldə edən iqtisadiyyatımızın bu prosesin də öhdəsindən gələcəyinə tam əminik.
"Məlum olduğu kimi, müasir iqtisadiyyatların ən azı maddi kapital qədər sosial kapitala da ehtiyacı var. Sosial kapitalın əsas mənbəyi inam faktorudur. Təəssüf edirik ki, son vaxtlar süni etibarsızlıq mühiti yaradılır",- açıqlamada deyilir.
Eləcə də bax: İş adamları Ərdoğana qarşı çıxdı, prezidentdən cavab: «Ey TÜSİAD...
MÜSİAD Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətlərini dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, 11000 üzvü olan MÜSAİD Türkiyənin ən böyük iş adamları birliyidir. (Marja)