Prezident Rəcəb Tayyib Ərdoğan, türk iş adamlarının təşkilatı olan TÜSİAD-ın ölkədəki iqştisadi vəziyyətlə bağlı yaydığı açıqlamaya cavab verib.
FED.az xəbər verir ki, prezident iş adamlarını özlərinə aid olmayan işə qarışmaqda günahlandırıb: «Ey TÜSİAD və onun övladları, sənin yalnız bir missiyan var: investisiya, məşğulluq və böyümə. Hökumətə hücum etmək üçün yollar axtarmayın, bizimlə döyüşə bilməzsiniz. Sizin cinsinizi də, necə dəyişə bildiyinizi də yaxşı bilirik» deyə prezident bildirib.
İş adamları nə demişdilər?
Xatırladaq ki, TÜSİAD (Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyi) son iqtisadi inkişafla bağlı açıqlama verib.
FED.az xəbər verir ki, açıqlamada bildirilib ki, hazırda sınaqdan keçirilən iqtisadi proqramla istənilən nəticə əldə ekdilə bilməz: «Bu prosesin ciddi nəticələrə gətirib çıxaran riskini vurğulamışdıq; TL-nin dəyərdən düşməsi, inflyasiyanın sürətlənməsi, sərmayələrin sıxışdırılması, məşğulluq və ən əsası ölkə olaraq yoxsullaşmağımız. Əslində yeni iqtisadi üstünlüklər çərçivəsində atılan addımlardan sonra etibarsız və qeyri-sabitlik mühiti yaranıb».
TÜSİAD öz açıqlamasında hazırda reallaşan iqtisadi siyasəti tənqid edir və onun iqtisadi problem yaratdığını elan edir.
«Həyata keçirilən iqtisadi siyasət təkcə iş dünyası üçün deyil, bütün vətəndaşlarımız üçün yeni iqtisadi problemlər yaradır. Uzunmüddətli perspektivdə daha böyük struktur problemlərinə səbəb olma riski artıb. Hətta bu mühitdən ən çox faydalanacağı gözlənilən ixracatçılarımız da əziyyət çəkir».
«Nəticədə aydın olur ki, son dövrdə iqtisadiyyatda baş vermiş zərərin müəyyən edilməsi və ilk növbədə, bütün maraqlı tərəflərin dəstəklədiyi ümumi qəbul edilmiş iqtisad elmi qaydalarına qayıtmaq lazımdır. Bu, azad bazarın fəaliyyət göstərməsi üçün zəruridir»-deyə iş adamlarının təşkilatı bildirib.
«Başqa ölkələr edəndə alqışlayırlar, Türkiyə edəndə hücuma məruz qalır»
TÜSİAD–ın açıqlamasına prezident Ərdoğanın cavabı kəskin olub: «Bəylər, nə olub, biz faizləri aşağı salırıq, məndən başqa bir şey gözləməyin. Bir müsəlman olaraq, tələb olunanı etməyə davam edəcəyəm. Hökm belədir» kimi ifadələrdən istifadə edib.
Ərdoğan bildirib ki, «Son 8 ildə yaşadığımız hər hadisənin sonunda iqtisadiyyat həmişə var idi».
Prezident Türkiyənin dünyadakı yerinə və ona olan münasibətə də toxunub: «Başqa ölkələr həyata keçirəndə alqışlanan hər addım, Türkiyə cəhd edəndə məntiqsiz hücumla qarşılaşırıq. Varlıları varlı, kasıbı kasıb edən müddəa bizim üçün sıradan bir şey deyil».
Son 19 ildə atdığımız hər addımda qarşımıza qoyulan maneələrin arxasında hansı motiv dayanırsa, bu günlərdə baş verənlərin səbəbi eynidir.
«Bu ölkəni bir dollara satanların əlində qoymayacağıq»
Prezident qiymət artımının Türkiyə əhalisinə problemlər yaratdığını etiraf edib: «Təbii ki, qiymət artımının insanlarımızın gündəlik həyatında yaratdığı problemləri bilirik. Amma biz qəyyumluğa, terror təşkilatlarına, iğtişaşçılara qarşı durduğumuz kimi onlara da müqavimət göstərəcəyik».
«Biz bu ölkəni vətəni bir dollara satanların əlində qoymamışıq və qoymayacağıq».
Prezident bir gün əvvəl ölkədəki durumla bağlı narahatlıq mesajı yayan TÜSİAD-ın cavabını ayrıca verib: «Ey TÜSİAD və onun övladları, sizin yalnız bir vəzifəniz var: investisiya, məşğulluq və böyümə. Ayağa qalxıb hökumətə hücum etmək üçün yollar axtarmayın, bizimlə vuruşa bilməzsiniz. Biz sizi yaxşı tanıyırıq».
Eyni zamanda Ərdoğan iş adamlarını hökuməti dəyişməyə cəhd etməkdə ittiham edib: «Sizin probleminiz başqadır. Görəsən, biz bu hakimiyyəti necə devirə bilərik və istismar edəcəyimiz hökuməti hakimiyyətə gətirə bilərik».
«Bazar özü məzənnəni tənzimləyəcək»
«Biz bazarın özünün işləməsi çərçivəsində məzənnənin sabitliyini təmin edəcəyik. İqtisadiyyatda belə bir deyim var, «axar öz yatağında axır»-deyə prezident bildirib.
«Bunu ancaq xəyanətkarlar deyə bilərdi»
Prezident bildirib ki, Türkiyə iqtisadiyyatı indiyə qədər olduğu kimi azad bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq yoluna davam edəcək.
«Bazar ertəsindən etibarən maliyyə aləmində çətinliklər olacaq - bunu ancaq xəyanət edənlər deyəcək. Narahat olmayın, bu belə deyil, biz ayaqdayıq».
Qeyd edək ki, Türkiyə sahibkarlarını birləşdirən məşhur təşkilat - Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) iqtisadi proseslərlə bağlı prezident Ərdoğanın siyasətini, o cümlədən faizlərin azalması ilə bağlı hökumətin qərarlarını dəstəklədiyini bildirib: «Türkiyə iqtisadiyyatı yalnız məzənnəyə endirməklə qiymətləndirilə bilməz. Son 20 ildir ki, sərbəst bazar iqtisadiyyatı qanunları ilə işləyərək ildə 5,3% artım etməyi bacarmışıq. İqtisadiyyatımıza inanırıq və bu dövrü idə aşacağıq»-deyə iş adamlarını bəyanatında bildirilir.
MÜSİAD-in açıqlamasında deyilir ki: «Məlum olduğu kimi, müasir iqtisadiyyatların ən az maddi kapital qədər sosial kapitala ehtiyacı var. Sosial kapitalın əsas mənbəyi inam faktorudur. Təəssüf edirik ki, son zamanlar süni etibarsızlıq mühiti yaradılmağa çalışılır».
Açıqlamada MÜSİAD üzvləri real iqtisadi göstəricilərə deyil, qavrayışlara əsaslanan istənilən iqtisadi mühitin əleyhinə olduqlarını bildiriblər:
«Çünki ilin ilk 3 rübündə yüzdə 11,7 böyüyən, son 12 ayda ixracatı 220 milyard dolları keçən və son 3 ayda cari əməliyyatlar açığı verən Türkiyə iqtisadiyyatı yalnız məzənnəyə endirilməsi ilə qiymətləndirilə bilməz. Türkiyə iqtisadiyyatı keçmişdə də daxili və xarici bütün qavrayış manipulyasiyalarına qarşı olub».