Beynəlxalq reytinq agentliyi “Moody`s” bütün Rusiya şirkətlərinin reytinqlərini geri götürüb. Martın əvvəlində agentlik Rusiya Federasiyasında kommersiya fəaliyyətini dayandırıb.
Eləcə də bax: Avropa Bankı: Rusiyada iqtisadi tənəzzül - GÖZLƏNİLİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu qərar “öz biznes məqsədləri üçün” qəbul edilib. Daha əvvəl agentlik Rusiya regionlarının reytinqlərini geri götürüb.
Analoji addımlar əvvəllər “Fitch” və “S&P Global Ratings” reytinq agentlikləri tərəfindən atılmışdı. Martın 8-də “Fitch” Rusiya Federasiyasındakı fəaliyyətini dayandırıb, aprelin 15-dək Rusiya şirkətlərinin reytinqlərini geri götürmək niyyətindədir. Eyni şərtlər “S&P Global Ratings” tərəfindən də çağırılıb.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Qərb ölkələri iqtisadi sanksiyalar tətbiq etdi və xarici şirkətlər kütləvi şəkildə Rusiya bazarını tərk etməyə başlayıblar.