2022-ci ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) istehsalı 10 % azalacağı proqnozlaşdırılır.
Eləcə də bax: Avropa Bankı Azərbaycanın iqtisadi artım proqnozunu - YAXŞILAŞDIRIB
FED.az xəbər verir kii, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional Economic Prospekt” hesabatının mart sayında bildirilib.
Sənədə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalması nəticəsində 2023-cü ildə bu ölkədə iqtisadi durğunluq yaşanacaq ki, bu da Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinə də mənfi təsirini göstərəcək.
Bununla yanaşı, Rusiyanın hərbi müdaxiləsinə məruz qalan Ukraynada ÜDM-in bu il 20 % azalacağı, gələn il isə 23 % artacağı bildirilir.
Bütövlükdə Ukraynadakı müharibə nəticəsində dünya bazarında təklifin 1970-ci illərdən bu yana ən kəskin azalması, ərzaq, neft və qaz, metal kimi məhsulların bahalaşması üzündən xüsusilə az gəlirli ölkələrdə ciddi iqtisadi fəsadlar doğuracağı da qeyd olunur. (Report)