Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-may aylarında 1 431 əqd dövlət qeydiyyatına alınıb.
MDM-nin yaydığı məlumata görə, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 316 ədəd və yaxud 28,3% çoxdur.
İlk 5 ayda qeydə alınmış əqdlərin 70%-i və yaxud 1002-si birjada, 11,6%-i və yaxud 166-sı birjadankənar, 18,4%-i və 263-ü isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 26,4% dəfə və yaxud 209 ədəd, birjadankənar əqdlərin sayı 16,1% və yaxud 23 ədəd azalıb, əlavə emissiya əqdlərinin sayı isə 46,9% dəfə və yaxud 84 ədəd artıb.
Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 2 514 171 897 manat olub. Bu, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 65,5% və yaxud 1 021 562 594,4 manat çoxdur.
Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 13,75%-i və yaxud 345 624 002manatı birjada, 18,28%-i və yaxud 459 565 885,4 manatı birjadankənar, 67,97%-i və yaxud 1 708 982 010 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 2,9 dəfə və yaxud 227 260 117 manat, birjadankənar dövriyyə 3,8 dəfə və yaxud 339 717 124,4 manat, əlavə emissiya dövriyyəsi isə 33,4% və yaxud 427 585 353 manat artıb.
Bu ilin ilk 5 ayında MDM 14 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 2 dəfə və yaxud 14 vahid azdır.
Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir.