Azərbaycanın boru istehsalçısı “MET-AK” MMC dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır. FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 min ədəd istiqrazdan gedir.
Eləcə də bax: «METAK» investisiya partnyorunu dəyişir
Şirkətdən FED.az-a veriən məlumata görə, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin yeni istiqraz buraxılışını təsdiqləyib, istiqraz buraxılışı aprelin sonunadək baş tutacaq. Yerləşdirmənin anderrayteri “Unicapital” investisiya şirkəti olacaq.
Eləcə də bax: Bazarda bir ilk: Bank istehsalçı şirkətin istiqrazlarına təminat verəcək
Xatırladaq ki, «METAK»ın 2 milyon manatlıq ilk istiqrazı yanvar ayında buraxılıb. İstiqrazlar hər biri 1 000 manat olmaqla 2 min ədəd buraxılmışdı. İlk buraxılışın anderrayteri “AzFinance” investisiya şirkəti idi.
“MET-AK” 3 milyon manatlıq istiqraz buraxır
09:43
9 Aprel 2018