METAK MMC tərəfindən emissiya edilən istiqrazların təminatçısı Unibank olacaq.
Əldə edilən məlumata görə, Bankın yerli şirkətin istiqrazlarının təminatçısı rolunda çıxış etməsi Azərbaycan bazarı üçün yenilikdir.
Nəzərə alsaq ki, bu günə kimi bir bank korporativ qiymətli kağızlar bazarına tədavülə buraxılan istiqrazların təminatçısı olmayıb.
Unibankın bu addımı istiqrazlara tələbatın böyük olacağına işarədir.
Məlumata əsasən, artıq istiqrazların emissiyanın dövlət qeydiyyatına alınması üçün tələb olunan müvafiq sənədlər Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib. İstiqrazların illik faiz dərəcəsinin bazar göstəricilərindən yüksək olacağı gözlənilir