31.08.2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyard 364,4 milyon dollar təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları - 66 MİLYARD DOLLARA YAXINLAŞIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda rəsmi valyuta ehtiyatları 120,4 milyon dollar artıb.
31 iyul 2023-cü il tarixində Mrəkəzi Bankın rəsmi valyuta ehtiyatları 9 milyard 244 milyon dollara çatmışdı.
2023-cü ilin 8 ayı ərzində Mrəkəzi Bankın rəsmi valyuta ehtiyatları 368,7 milyon dollar, ötən ilin avqust ayı ilə müqayisədə isə 1 milyard 860,8 milyon dollar artıb.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % artıb.
Rəsmi valyuta ehtiyatları, milyon ABŞ dolları ilə
31.08.2023 9364.4
31.07.2023 9244.0
25.06.2023 9195.9
31.05.2023 9175.7
28.04.2023 9189.2
31.03.2023 9133.0
28.02.2023 9043.8
31.01.2023 9061.4
30.12.2022 8995.7